“JARA” Beynəlxalq Musiqi Festivalının iştirakçıları isti SƏYAHƏTƏ HAZIRLAŞIRLAR
    • 31-05-2019, 18:54
    • 1 611

“JARA” Beynəlxalq Musiqi Festivalının iştirakçıları isti SƏYAHƏTƏ HAZIRLAŞIRLAR

“JARA” Beynəlxalq Musiqi Festivalının iştirakşıları isti səyahətə hazırlaşırlar.

News24.az xəbər verir ki, dünən Moskvada ənənəvi olaraq, Krokus City-nin Rose barında “JARA” musiqi festivalının iştirakçıları üçün “Pre-Party” təşkil olunub.

Artıq dördüncü ildir ki bu festival Emin Ağalarov, Qriqori Leps və Sergey Kojevnikovun təşkilatçılığı ilə Xəzər dənizinin sahilində çox təntənəli bir şəkildə keçirilir. Təbii ki, dünənki gecənin başında da məhz bu insanlar dayanıb.

Tədbirin aparıcıları Yana Koşkina və Konstantin Tarasyuk olub. Qırmızı xalıya çıxan iştirakçılar Xəzər dənizinin mehi, hərarətli rəqslər ab-havasını yaşayıblar. 

“Jara” festivalında Glyuk'Oza, Jasmin, “Fabrika” qrupu, Alyona Apina, Stas Mixaylov, Aleksandr Panayotov, Mitya Fomin və başqaları iştirak edəcək. Gecənin qonaqları arasında isə Araz Ağalarov, İqor Matviyenko, Stiven Siqal, Yana Çurikova, Yuliya Baranovskaya, Yuriy Aksyuta vardı. Rose Bar səhnəsində Rita Dokota, Emin Ağalarov, İrina Nelson, Aleks Malinovski, Elina Çaqa, “Na-Na” və digərləri çıxış ediblər.

Beləliklə, 25-28 iyulda “JARA” öz pərəstişkarlarını gözləyir. Bu il tamaşaçıları və iştirakçıları da həmçinin, Sea Breeze istirahət kompleksində yeniliklər gözləyir.