Təcili yardım helikopteri yerə çırpıldı: - pilot və tibb işçiləri...
Hadisə
ABŞ-nin Missisipi ştatında təcili tibbi yardım helikopteri qəzaya uğrayıb.
News24.az xəbər verir ki, bu barədə Missisipi Universitetinin Sağlamlıq Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 3 nəfərin olduğu təyyarə Medison dairəsində naməlum səbəbdən yerə çırpılıb. Qəza zamanı helikopterdə xəstə olmayıb.
Helikpterdə olan pilot və iki xəstəxana işçisinin vəziyyəti ilə bağlı məlumat verilməyib./Publika.az