5,5 bal gücündə zəlzələ baş verdi - bu ölkədə
    • Dünən, 10:12
    • 558

5,5 bal gücündə zəlzələ baş verdi - bu ölkədə

Meksikada 5,5 maqnitudada zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri 225 min nəfərə yaxın əhalisi olan Oaxaka şəhərindən 77 km şimal-şərqdə, ocağı 35 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur./Publika.az