Neymar Braziliya millisinin heyətindən kənarlaşdırıldı
    • Dünən, 18:30
    • 231

Neymar Braziliya millisinin heyətindən kənarlaşdırıldı

"Santos"un hücumçusu Neymar DÇ-2026-nın seçmə mərhələsinin növbəti iki oyununda Braziliyaya kömək etməyəcək.

Publika.az xəbər verir ki, baş məşqçi Dorival Junior 33 yaşlı futbolçunun adını ilkin siyahıdan çıxarıb.

Danilo, Ederson və əlavə olaraq Neymarın yerinə Flamenqodan Aleks Sandro, "Real"dan Endrik və "Lion"dan Lukas Perri çağırılıb.

“Son bir neçə gündə həkim Rodriqo Lasmarın təmsil olunduğu Braziliya millisinin tibb şöbəsi bütün futbolçuların, xüsusilə Danilo, Neymar və Edersonun vəziyyəti ilə bağlı bizə məlumat verdi. Buna görə də Lukas Perri, Aleks Sandro və Endriki çağırdıq”, - deyə baş məşqçi millinin mətbuat xidmətinə açıqlamasında deyib.

Qeyd edək ki, Braziliya millisi martın 21-də Kolumbiyanı qəbul edəcək, martın 26-da isə səfərdə Argentina ilə qarşılaşacaq.