Alimlərdən xəbərdarlıq — Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur
    • 10-08-2018, 14:17
    • 2 669

Alimlərdən xəbərdarlıq — Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

Harvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

Həkimlərin araşdırmasına əsasən, dar alt paltarları kişilər üçün ziyandır. Məlum olub ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır.

Lidiya Mingez-Aparkon məsələ ilə bağlı deyib:

“Müşahidələrimiz göstərir ki, bir çox cütlük övlad dünyaya gətirmək problemindən qurtulmaq üçün sadə bir üsuldan istifadə edə bilər: Kişi dar tumanı daha rahat ve genişi ilə əvəz etməlidir”.

Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır.
Son illər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sonsuzluq geniş yayılıb. Alimlər bunu bir sıra sosial və təbii faktorlarla, eyni zamanda ekologiyanın çirklənməsi ilə əlaqələndirirlər.

Mingez-Alarkon və həmkarları 600-dən çox ailəli kişi üzərində tədqiqat apararaq dəbin də sonsuzluğa səbəb olduğunu aşkar ediblər. Alimlər 20 il ərzində uşaq sahibi olmaq istəyən kişiləri müşahidə ediblər.

Onların hamısı Boston klinikasına müraciət edərək təcrübədə iştirak etmək istədiklərini bildiriblər. Təcrübə çərçivəsində alimlər spermanın keyfiyyətini yoxlayıblar, mayalanmaya əngəl olan mutasiyanı araşdırıblar və digər faktorları incələyiblər.

Məlum olub ki, adi alt paltarı geyinən kişilərin sperması dar tuman geyinənlərə nisbətən daha keyfiyyətlidir. Bu əlaqəni anlamağa çalışan alimlər kişilərin cinsiyyət orqanı üzərində də araşdırma aparıblar. Məlum olub ki, dar alt paltarı geyinənlərdə “FSH” qadın hormonu daha çox ifraz olunur.
Bu səbəbdən tədqiqatın nəticəsinə əsasən, alimlər kişilərə geniş və enli alt paltarı geyinməyi məsləhət görürlər.
 //Ölkə.az