"Real" onun transferindən imtina etdi
İdman
"Real" yarımmüdafiəçi Martin Subimendinin transferi barədə qərar verib.
News24.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid klubu "Real Sosyedad"da çıxış edən Avropa çempionunu heyətinə qatmaq fikrində deyil.
“Qalaktikos”un məşqçilər korpusu komandanın yarımmüdafiə xəttində rəqabətin yüksək olduğu üçün Martinlə müqavilə bağlamamağı məsləhət görüb.
Yuxarıda qeyd olunanlardan əlavə, "Kral klubu" "Real Sosyedad"ın Martin Subimendi üçün təyin etdiyi 60 milyon avroluq qiyməti həddindən artıq hesab edir.