"Özün de" fiziki məhdud şəxslərə psixoloji dəstək layihəsi başa çatıb
    • 1-08-2019, 16:30
    • 1 159

"Özün de" fiziki məhdud şəxslərə psixoloji dəstək layihəsi başa çatıb

“Özün de” fiziki məhdud şəxslərə psixoloji dəstək adlı layihənin icrası uğurla başa çatıb. 

News24.az xəbər verir ki, Azərbaycan Maarifçi Gənclər Təşkilatı mayın 1-dən etibarən Azərbaycan Respublikası Przidentini yanında QHT-lərə Dövlət Dəstəyi Şurasını maliyyə dəstəyi ilə “Özün de” fiziki məhdud şəxslərə psixoloji dəstək” adlı layihənin icrasına başlayıb. Layihənin məqsədi, məhdudiyyəti olan uşaqları özünə, cəmiyyətə, ailələrinə və sosial çevrəsinə faydalı bir fərd kimi inkişaf etdirməkdir. Ən əsas isə fiziki məhdudiyyətli şəxslərin özlərinin sosiallaşması üçün nə etmək istədiklərini araşdırmaqdır.

Layihə 3 ay müddətində davam edib. Layihə çərçivəsndə 50 nəfər fiziki məhdudiyyətli şəxlərlə  arasında sosioloji sorğular keçirilib. Sorğuların nəticələrini özündə əks etdirən “Özün de” adlı kitabça hazırlanaraq nəşr edilib. 29 İyul 2019-cu ildə “Hummel” Psixoloji Mərkətinzində “Özün de” kitabçasının təqdimatı təşkil edilib. Tədbiri layihənin rəhbəri Ruhiyyə Aslanova aşıq elan edərək fiziki məhdudiyyətli şəxslərin ictimaiyyət tərəfindən normal qəbul edilmələrinin vacibliyindən bəhs edib. Daha sonra kitabçanın müəllifi Aytəkin Məmmədoba çıxış edərək sosioloji sorgunun nəticələri barədə məlumat verərkən 4 əsas məqama diqqət yetirməyin vacib olduğunu bildirib: "1Fiziki məhdudiyyətli şəxsləri digər şəxslərdən ayırmamaq;. 2.Kömək etmək üçün onlardan icazə almaq 3.Ünvanlanan sualların onların əvəzinə digər şəxslərin cavablandırılmasına yol verməmək; 4.Onları anlamaq və hisslərini nəzərə almaq".

Daha sonra tədbir müzakirələr şəklində davam etdi.