Nazir Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib
    • 1-08-2019, 17:35
    • 735

Nazir Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfirini qəbul edib

Avqustun 1-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayevi səlahiyyət müddətinin sona çatması münasibətilə qəbul edib.

News24.az xəbər verir ki, səfir Beybit İsabaev Azərbaycanda çalışdığı müddət ərzində ölkələrimiz arasında mədəniyyətin qarşılıqlı maraq kəsb edən sahələrində əməkdaşlıqdan və həyata keçirilmiş işlərdən söhbət açıb. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə keçirilən çoxsaylı tədbirlərin xalqlarımızın daha da yaxınlaşması baxımından əhəmiyyətini vurğulayıb.