Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb
    • 19-07-2019, 09:51
    • 880

Qazaxıstanın Azərbaycandakı səfiri geri çağırılıb

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkənin Azərbaycandakı səfiri Beybit İsabayevi geri çağırıb.

İmzalanan sərəncamla səfir Qazaxıstan Prezidentinin parlamentdəki nümayəndəsi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Beybit İsabayev Azərbaycanda 2015-2019-cu illərdə səfir vəzifəsində çalışıb. Bundan öncə o, Qazaxıstanın Qırğızıstan, Pakistan və Türkiyədəki səfiri vəzifəsində çalışıb./Trend/