
-
- Bu gün, 08:40
- 314
Transformator partladı - Ölkə İŞIQSIZ qaldı
Mərkəzi Amerika ölkəsi Panamada elektrik stansiyasında transformatorun partlaması nəticəsində ölkənin böyük bir hissəsi işıqsız qalıb.
News24.az xəbər verir ki, Panama prezidenti Xose Raul Mulino X sosial media platformasında verdiyi açıqlamada elektrik stansiyasına dəyən ziyanın böyük olduğunu bildirib.
Mulino, "İşıqsız qaldım. Bu, bağışlanmaz bir vəziyyətdir. Aldığım məlumata görə, dəyən ziyan böyükdür. Mən dərhal Milli Dövlət Xidmətləri Təşkilatından (ASEP) və Enerji Katibliyindən hesabat tələb edəcəyəm və onlar müvafiq tədbirlər görəcəklər. Buqədər pis xidmət kifayərdir" deyib.
Günel Məlikzadə