-
- 1-08-2019, 21:36
- 1 000
17 yaşlı qızın intiharına Güneldən reaksiya "Mənim də anam bu yaşlarda ailə qurmağımı istəmişdi"
Teleaparıcı Günel Hümbətova 17 yaşlı Gülərin intiharına reaksiya verib. Facebook hesabında bu barədə paylaşıb: "Mənim də anam manipulyasiya edib bu yaşlarda ailə qurmağımı istəmişdi. Məcbur edilməmişdim sözsüz ki, sadəcə manipulyasiya. Möhkəm xarakterli olduğum üçün bu vaxta kimi bütün qərarlarımı özüm qəbul etmişəm. O vaxt da anama qarşı çıxdım, amma sonrakı illərdə ailənin böyük qızı olduğum üçün hər dəfə "mən nəvə oynatmaq istəyirəm, bəsdir gəzdin dolandın, ailə qur, insana ailə qalır " və s. o qədər dedi ki, canımı qurtarıb ailə qurdum. Allahdan , istədiyim şəkildə və istədiyim insanla...
Demək istədiyim odur ki, bu valideynlərin düşüncələrini dəyişmək lazımdır ! Siz nəvə oynadacaqsınız deyə və ya toylara atdığınız pulları geri yığacaqsınız deyə (şükür, mənim anamın məqsədi bu deyildi), övladlarınızı alət edib bədbəxt edirsiniz. Nə qədər gənc qız tanıyıram, hansı ki, valideyni icazə vermədiyi üçün heç yerə səyahət edə bilmir, istədiyi insanla istədiyi kimi münasibət qura bilmir, bütün istəklərini və arzularını içində boğur. Bu kiflənmiş fikirli insanları durdurmaq lazımdır. Sözüm gənclərədir. Bu məsələlərlə bağlı valideynlərinizə qulaq asmayın! Zorla ərə getməyin! Manipulyasiyaya uğramayın! 17-18 yaşında ailə qurmaq hələ heç kəsə xoşbəxtlik gətirməyib. Dünyada o qədər məşğul olunası, kəşf ediləsi şeylər var ki. Ailə qurmağa həmişə zamanınız olacaq. Bunu özünüzə ən əsas amal, məqsəd bilməyin. O qədər ərə getmək haqda düşünürsünüz ki, gecə-gündüz əksəriyyətiniz heç ailə də qura bilmirsiniz. İndi ailəliyəm və 1 uşaq anasıyam. Bir tərəfdən məişət və uşaq qayğıları ilə, digər tərəfdən isə öz məqsədlərim və təhsilim, işim üzərində çalışıram və sözsüz ki, bütün bunları etmək Amerika kimi ölkədə etmək çox çətindir. Hərdən düşünürəm, belə böyük məsuliyyət və məişət qayğılarının altına məni niyə çox gənc yaşlarımda atmaq istəyirmiş ki anam? "