17 dəfə intihara cəhd edən şəxs: “Hamıdan şübhələnirəm” – VİDEO
    • 30-09-2019, 16:54
    • 767

17 dəfə intihara cəhd edən şəxs: “Hamıdan şübhələnirəm” – VİDEO

“Düz 17 dəfə özümə qəsd etdim, yəni intihar etmək istəmişəm. İndi evə gedə bilərəm, bir az düzəlmişəm. Amma gedə bilmirəm. Çünki burda rahat oluram”.

News24.az xəbər verir ki, bu sözləri 2007-ci ildə Hərbi xidmətdən qayıtdıqdan sonra Psixiatriya Xəstəxanasına yerləşdirilən Emin Məmmədov (ad şərtidir) deyib.

O, bildirib ki, ən böyük arzusu tanınmış və xeyiriyyəçi olmaqdır: “Anam, atam və bacılarım var. Böyük nəsildənəm. Ailə qurmamışam. Amma həkimlər məsləhət görüb ki, ailə qurum. Ancaq həkim nəzarəti olmasa, mənim üçün həmişə çətin olacaq. Hə, ailə qurmaq istədiyim xanım var, danışmıram, tanımıram. Amma anama deyiblər ki, siz gəlsəniz, biz qızımızı verərik”.