Sumqayıtla Sarayı birləşdirən körpü açıldı
    • Bu gün, 11:40
    • 168

Sumqayıtla Sarayı birləşdirən körpü açıldı

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpüdə təmir işləri yekunlaşıb və körpü istismara verilib.

News24.az xəbər verir ki, bu barədə Oxu.az-a Sumqayıt şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev məlumat verib.

O qeyd edib ki, bu gündən sakinlər körpüdən istifadə edə bilərlər.

Xatırladaq ki, uzunluğu 104 metr olan körpü üç aşırımdan ibarətdir. Körpünün ümumi eni 21.6 metrdir və dörd hərəkət zolağı var.