Simpsonlar-ın 2025-ci il proqnozu GERÇƏKLƏŞDİ - 4 ölkə...
    • Dünən, 13:38
    • 169

Simpsonlar-ın 2025-ci il proqnozu GERÇƏKLƏŞDİ - 4 ölkə...

Ən uzun sürən seriallardan biri olan Simpsonlar bir çox proqnozlarının gerçəkləşməsi ilə gündəmə gəlir. 2025-ci ilə dair proqnozları da az qala gerçəkləşib.

News24.az xəbər verir ki, 1998-ci ildə "Sprinqfildin son günü" epizodunda şəhərin qəfildən elektrik enerjisinin kəsilməsi və qaranlığa qərq olması təsvir edilir. 1998-ci ildə çəkilən və "elektrik enerjisindən məhrumiyyət" mövzusunun müzakirə olunduğu epizodda təqvimlər 2025-ci ili göstərir.

2025-ci ilin elektrik kəsilməsi ili olacağı ilə bağlı internetdə yayılan epizoddan sonra ilk 3 ayda artıq 4 ölkə qaranlığa qərq olub.

Belə ki, 2025-ci ilin ilk üç ayında Amerika və Asiya ölkələri ilk dəfə qaranlığı dadıblar. Fevralın 9-da Şri-Lankada meymun transformatora girərək bütün ölkəni işıqsız qoyub. 22 milyon insanın 24 saatdan çox işıqsız qaldığı hadisə sosial mediada böyük əks-səda doğurub.

Fevralın 26-da Çilidə elektrik enerjisi kəsilib və ölkə qaranlığa qərq olub. Martın 15-də Kubada elektrik enerjisi kəsilib. 

Nəhayət, Mərkəzi Amerika ölkəsi Panama zülmət yaşayıb. Martın 17-də Panamada elektrik stansiyasında transformatorun partlaması nəticəsində ölkənin böyük bir hissəsi işıqsız qalıb.

Günel Məlikzadə