Falçı və astroloqlara BƏD XƏBƏR
    • Dünən, 14:03
    • 1 057

Falçı və astroloqlara BƏD XƏBƏR


Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi əsasən sosial mediada fal, astrologiya və ulduz xəritəsi kimi bir çox sahədə xidmət göstərənlərə qarşı tədbir görüb.

Publika.az xəbər verir ki, yeni qaydalara görə, artıq bu şəxslər də qazanclarına görə vergi ödəyəcəklər.

Həmin şəxslərin üzbəüz, telefon və sms vasitəsilə xidmət göstərdikləri hər seans üçün ödəniş aldıqları müəyyən edilib.

Artan fəaliyyətlər və 1,8 milyard lirə qeydiyyatsız gəlirin aşkarlanmasından sonra nazirlik hərəkətə keçib.

Həmçinin, Xəzinə və Maliyyə Nazirliyinin qeydiyatda olmayan bütün gəlirlərə qarşı mübarizəni davam etdirdiyi bildirilib.