
-
- Dünən, 15:15
- 207
Çin 8 peyk buraxdı
Çin özəl bir şirkət tərəfindən hazırlanmış ilk daşıyıcı raketi CERES-1 ilə kosmosa 8 peyk göndərib.
News24.az xəbər verir ki, bu barədə Çin agentliyi məlumat yayıb.
Peyklər buraxılışdan sonra planlaşdırılmış orbital mövqelərində qərarlaşıb və bu, CERES-1 raketi ilə 17-ci uğurlu nəqliyyat missiyası olub.
Galactic Energy tərəfindən hazırlanmış 19 metr uzunluğunda və 1,4 metr enində olan CERES-1 raketi Aşağı Yer Orbitinə 350 kiloqrama qədər faydalı yük daşıya bilir.
Qeyd edək ki, indiyədək CERES-1 ilə 71 peyk orbitə çıxarılıb.
Günel Məlikzadə