Bu əraziyə qış geri qayıdır, yollar buz bağlayacaq
    • 18-03-2025, 17:44
    • 13 675

Bu əraziyə qış geri qayıdır, yollar buz bağlayacaq

Türkiyədə gözlənilən bahar havası qısa müddətli oldu. 

News24.az yenisabah.az-a istinadla bildirir ki, ölkənin Meteorologiya İdarəsi 10 şəhər üçün sarı kodlu xəbərdarlıq edib və güclü yağış, qar yağışı proqnozlaşdırıb. Xəbərdarlıq edilən şəhərlər arasında Edirne, Kırklareli, Tekirdağ, İstanbul, Yalova, Bursa, Balıkesir, Çanakkale, Manisa və İzmir yer alır.

Meteorologiya idarəsi güclü yağışlar, intensiv qar və şiddətli külək səbəbindən sel, su basqını, çovğun, buzlanma və don kimi mənfi hallara qarşı diqqətli və tədbirli olunmağı tövsiyə edir.

Marmara bölgəsində hava çox buludlu olacaq. Bölgənin doğusunda qarla qarışıq yağmur və qar yağışı gözlənilir. Küləyin şimal istiqamətlərdən saatda 40-60 km sürətlə əsəcəyi proqnozlaşdırılır. Həmçinin buzlanma və don hadisələri də müşahidə oluna bilər.

Şərqi Karadeniz və Anadolu bölgələrinin yüksək və dik yamaclarında çovğun riski mövcuddur. Türkiyənin daxili və şərq bölgələrində güclü buzlanma və don hadisələri də gözlənilir.

Meteorologiya idarəsi xəbərdarlıq edib ki, bu kimi hava şəraiti səbəbindən insanların təhlükəsizlik tədbirlərinə xüsusi diqqət göstərməsi vacibdir.