
-
- 18-03-2025, 18:50
- 348
Rusiyaya xəbərdarlıq: 4 ölkə müqavilədən çıxır
Latviya, Litva, Estoniya və Polşa piyada əleyhinə minaları qadağan edən Ottava müqaviləsindən çıxa bilər.
News24.az globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə ölkələrin müdafiə nazirliklərinin rəhbərləri birgə bəyanat yayıb.
Sənəddə deyilir ki, regionda təhlükəsizlik vəziyyəti xeyli pisləşib.
“Rusiya və Belarusla həmsərhəd olan NATO ölkələrinə hərbi təhdidlər artıb. Hazırkı təhlükəsizlik mühitində yeni silah sistemlərinin mümkün istifadəsi və Alyansın şərq cinahının müdafiəsini gücləndirmək üçün həll yolları ilə bağlı seçim azadlığı vacibdir”, – nazirlər bildiriblər.
Eyni zamanda, müqavilədən çıxmaq təklifinə baxmayaraq, ölkələrin beynəlxalq humanitar hüquqa sadiq qalacaqları vurğulanıb.
Yekun qərarı parlamentlər təsdiq etməlidirlər.
Qeyd edək ki, Ottava sazişi 1997-ci ildə imzalanıb.