
-
- 20-03-2025, 08:05
- 578
Qar uçqununa düşən hərbçimizin FOTOSU
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Rüstəm Ruslan oğlu Həmidov və əsgər Əli Tariyel oğlu İmanov dumanlı hava şəraitində qar uçqununa düşüblər.
News24.az "Unikal"a istinadən əsgər Rüstəm Həmidovun fotosunu təqdim edir:

