İmamoğlunun vəzifəsini o icra edəcək
    • 20-03-2025, 20:25
    • 617

İmamoğlunun vəzifəsini o icra edəcək

Ötən gün saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun səlahiyyətlərini müvəqqəti icra edəcək şəxs məlum olub.

News24.az “Ölkə.az”-a istinadla xəbər verir ki, İmamoğlunun vəzifəsini İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-li üzvü Nuri Aslan icra edəcək.

Bildirilib ki, Ə.İmamoğlu tərəfindən əlyazısı ilə hazırlanan “vəkalət” sənədi bələdiyyənin dəftərxanasına təqdim edilib.