
-
- 20-03-2025, 20:39
- 49 939
Çağırış yaşı 18-dən 20-yə QALDIRILDI
Cənubi Koreya hökuməti hərbi xidmətə çağırış yaşında dəyişiklik edib.
News24.az "Koreatimes"a istinadən xəbər verir ki, yeni qanuna əsasən, əvvəllər 18 yaşında hərbi xidmətə başlamaq mümkün olduğu halda, indi bu yaş həddi bəzi hallarda 20-yə qaldırılır.
Əvvəllər 18 yaşında könüllü şəkildə hərbi xidmətə yazılmaq mümkün idisə, indi bu yaş məcburi şəkildə 20 yaşdan başlayacaq.
Dəyişiklik xidmət müddətinə təsir etməyib – ordu, dəniz donanması və hava qüvvələri üçün əvvəlki qaydalar qüvvədə qalır.
Bu dəyişiklik Cənubi Koreyanın bütün vətəndaşlarına şamil edilir və gələcək çağırışçılar üçün məcburi olacaq.
Aqil