
-
- 22-03-2025, 23:58
- 147
Keniyaya məxsus təyyarə qəzaya uğradı
Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə “Arlaadi Media” məlumat yayıb.
İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub. Onların vəziyyəti barədə məlumat verilməyib.
Bildirilir ki, təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurmuş.
Hadisənin səbəbləri araşdırılır.