Cəlilabadda evdə doğuş edən qadın ÖLDÜ
    • 20-03-2025, 21:19
    • 570

Cəlilabadda evdə doğuş edən qadın ÖLDÜ


Cəlilabad rayonunun Soyuqbulaq kəndində evdə doğuş edən qadın dünyasını dəyişib.

News24.az report-a istinadən xəbər verir ki, kənd sakini, Nahidə Abasovanın doğuşdan sonra səhhətində problemlər yarandığı üçün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qadın bir həftə xəstəxananın reanimasiya şöbəsində müalicə olunub. Həkimlərin səylərinə baxmayaraq, qadın bu gün xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.