SON DƏQİQƏ: Putin TƏCİLİ GÖSTƏRİŞ VERDİ

SON DƏQİQƏ: Putin TƏCİLİ GÖSTƏRİŞ VERDİ Dünya


Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinin bir neçə təyyarəsinin İrana göndərilməsi barədə göstəriş verib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyi məlumat yayıb.

Bu arada İran mediası ölənlərin sayının 25 nəfərə çatdığını yazır.

Rusiya Fövqəladə Hallar Nazirliyi 2 təyyarənin göndərəcəyini bildirib: Be-200ÇS amfibiya təyyarəsi və İl-76.