
-
- 21-03-2025, 10:44
- 2 735
Mənzildən qadın cəsədi tapıldı
Sumqayıt şəhərində mənzildən qadın cəsədi tapılıb.
News24.az verir ki, hadisə şəhərin 5-ci mikrorayonunda yerləşən binaların birinin mənzilində qeydə alınıb.
Belə ki, 1972-ci il təvəllüdlü Gülyaz Novruzovanın cəsədi yaşadığı evində aşkarlanıb.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.