
-
- 21-03-2025, 13:20
- 183
Braziliyadan dramatik qalibiyyət
2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə turnirində 13-cü turun oyunları baş tutub.
Publika.az xəbər verir ki, gecənin maraqla gözlənilən matçı Braziliya və Kolumbiya milli komandaları arasında keçirilib. Qarşılaşma braziliyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesabı meydan sahibləri açıb. Rafinya 6-cı dəqiqədə penaltini dəqiq yerinə yetirib. Kolumbiyalılar 41-ci dəqiqədə Xames Rodriqesin ötürməsindən Luis Diazın dəqiq zərbəsindən sonra hesabı bərabərləşdiriblər. Braziliyalılar 90+9-cu dəqiqədə Vinisiusun vurduğu qol sayəsində qələbə qazanıblar.
Gecənin digər matçlarında Paraqvay Çilini 1:0, Peru isə Boliviyanı 3:1 hesabı ilə məğlub edib.
Bu gecə tur çərçivəsində daha 2 görüş baş tutacaq. Ekvador Venesuelanı, Uruqvay isə Argentinanı qəbul edib.