Güclü zəlzələ baş verdi - bu ərazidə
    • 29-03-2025, 15:01
    • 2 147

Güclü zəlzələ baş verdi - bu ərazidə

Myanmada 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

“News24.az” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 925 min insanın yaşadığı paytaxt Neypitaudan 19 km cənub-qərbdə yerləşib.

Qeyd edək ki, ötən gün Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.