Rusiya sərhədçiləri ermənilərlə əvəzlənir?
    • 21-03-2025, 18:35
    • 364

Rusiya sərhədçiləri ermənilərlə əvəzlənir?

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) sərhəd-keçid məntəqələrində Rusiya sərhədçilərinin erməni sərhədçiləri ilə əvəzlənməsi ilə bağlı hələlik qərar qəbul etməyib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan MTX-nın direktoru Armen Abazyan bildirib.

O xatırladıb ki, 2024-cü ilin ortalarından “Zvartnots” hava limanında nəzarət Ermənistan sərhədçilərinə verilib. Oxşar təcrübə İranla sərhəddə yerləşən “Aqarak” keçid məntəqəsində də tətbiq olunur. Bu il martın 1-dən Türkiyə ilə sərhəddəki “Marqara” keçid məntəqəsi də Ermənistanın idarəsinə keçib.

“Hazırda başqa qərarlar yoxdur”- Abazyan əvəzləmə prosesinin mümkün davamı ilə bağlı sualı cavablandırarkən deyib./axar.az