-
- 2-08-2019, 19:15
- 889
Milli Kino Gününə həsr olunan tədbir keçirildi - FOTO
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Kino Mərkəzində Milli Kino Günü ilə bağlı tədbir keçirib.
News24.az xəbər verir ki, tədbirdə Kamal Yaşarın "Dan yeli", Pərviz Həsənovun "Soraq", Orxan Ağazadənin "Oturacaqlar" filmi nümayiş olunub. Kino nümayəndələrinin də iştirak etdiyi tədbir əməkdar artist Elnur Kərimovun zalda əyləşənləri salamalaması ilə start götürüb. Daha sonra isə Mədəniyyət nazirinin müavini Vaqif Əliyev nitq söyləyib: “Bu günkü kino günü yüksək əhva-ruhiyyə ilə keçirilir. Bəlkə də əvəvlkilərdən bir az fərqli.
Bilirsiniz ki, bir neçə gün bundan qabaq Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev kino sahəsindəki işçilərin bir qrupunu fəcri adlarla təltif etdi. Prezident İlham Əliyev kino sahəsində çalışan insanlara öz diqqət və qayğısını bir daha göstərdi.
Azərbaycan kinosunun tarixi uzun müddətə dayanır. Kinomuz daim inkişaf edib. Problemlər hər zaman olur. Bu da, əsasən, sovet dövründə müşahidə olunub. Müstəqillik əldə etdikdən sonra kino sahəsinə ayrılan diqqət və qayğının nəticəsi bu gün üçün göz önündədir".
Kino günü ilə əlaqədar Mədəniyyət Nazirliyinin əmriylə bir qrup kino işçisinə pul mükafatı verilib. Həmçinin kino sahəsində çoxillik əməyinə və göstərdiyi xidməyə görə, bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılıb.
Mükafatlar Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədov tərəfindən təqdim olunub.
Tədbir zamanı Azərbaycanda son 10 il ərzində ərsəyə gələn filmlərdən ibarət video kollaj da nümayiş olunub.
Foto: Fərid ŞABANOV