Arne Slot Frimponqla nə barədə danışıb?
    • 22-03-2025, 12:11
    • 94

Arne Slot Frimponqla nə barədə danışıb?


Az əvvəl yayda "Bayer"i tərk etmək istədiyini deyən Ceremi Frimponqla maraqlanan klubun adı bəlli olub.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, o, "Liverpul"un transfer siyahısına düşüb.

Niderlandlı cinah müdafiəçisinin bir ay əvvəl "qırmızılar"ın baş məşqçisi Arne Slotla danışdığı xəbərləri yayılıb. Həmyerlisi ilə müzakirələrdə təcrübəli mütəxəssisin onun razılığını aldığı bildirilib.

Qeyd edək ki, Frimponq "Real"ın maraq dairəsinə düşüb. 24 yaşlı futbolçu ötən mövsümdə "Bayer" heyətində Almaniya çempionu titulunu qazanıb.