Şəhid olan hərbçilərimizdən biri Bərdə rayonundan imiş - Foto
    • 22-03-2025, 12:19
    • 14 449

Şəhid olan hərbçilərimizdən biri Bərdə rayonundan imiş - Foto

Xəbər verdiyimiz kimi, qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb.

News24.az-ın xəbərinə görə, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib.

Qeyd edək ki, həlak olan hərbi qulluqçulardan biri - Həmidov Ruslan Bərdə rayonundan olub. 

Onu da bildirək ki, həlak olan hərbçilərə şəhid statusu veriləcək.

Aqil Qarayev