Çingiz İsmayılov vəfat etdi
    • 23-03-2025, 23:00
    • 462

Çingiz İsmayılov vəfat etdi


AFFA-nın keçmiş baş katibi, futbol veteranı Çingiz İsmayılov vəfat edib.

Bu barədə APA-ya Mətbuat Şuarının əməkdaşı, jurnalist İlqar Tağıyev məlumat verib.

Qeyd edək ki, Çingiz İsmayılov martın 18-i səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda anadan olub. 1955–1962-ci illərdə "Neftçi" komandasında, müxtəlif illərdə Bakının və Gəncənin "Dinamo", həmçinin "Neft daşları" komandasında oynayıb.