Neft qiymətləri artdı
    • 26-03-2025, 10:13
    • 254

Neft qiymətləri artdı

ABŞ-nin Venesuela və İran neftinin ixracını məhdudlaşdırmaq üçün səylərini artırması ilə əlaqədar tədarük narahatlıqları səbəbindən neft qiymətləri artıb.

News24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, "Brent" markalı neftin may müqaviləsində bir barelin qiyməti 20 sent və ya 0,3% artaraq 73,22 dollara çatıb.

"WTI" markalı neftin aprel müqaviləsində bir barelin dəyəri isə 21 sent və ya 0,4% artaraq 69,20 dollar olub.