
-
- 24-03-2025, 16:35
- 284
Market işçisi müştəriyə hücum ETDİ
İstanbulda çörək almaq üçün marketə girən şəxslə market işçisi arasında paket üstündə mübahisə düşüb.
News24.az xəbər verir ki, işçinin pulsuz paket vermək əvəzinə pullu olanlardan təklif etməsi ilə mübahisə davaya çevrilib.
İşçi müştərini təhqir etməklə vəziyyəti daha da gərginləşdirib. Həmin anların müştəri tərəfindən lentə alınan görüntüləri sosial mediada böyük əks-səda doğurub.
Günel Məlikzadə