
-
- 24-03-2025, 18:05
- 265
Xalq artisti: "İnanmazdım ki, belə addım atar"
"Vacib deyil ki, o, sənət adamıdır. İnanmazdım ki, övladım sənətdə olan adamla ailə qurar".
News24.az xəbər verir ki,bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Geriyə baxanda" verilişində deyib. Xanəndə qızı Nəzrinin müğənni Mərdan Kazımovla ailə qurmasından danışıb:
"Mən də sənətə gələndə deyirdilər burada olan insana oxşamırsan: xasiyyətin, müəyyən xüsusiyyətlərinlə. Vacib deyil ki, bu adam bu sənətdədir. Sənətdədir deyə, onunla ailə qurmaq olmaz? Və ya, görəsən xasiyyəti necədir? Hansı peşənin sahibi olursan ol, insanın özünə layiq xüsusiyyətləri olmalıdır. Kişidə isə ailəcanlılıq olmalıdır. Bəzi nüanslar var ki, olmalıdır. Sənət aləmində və ya başqa peşədə olmağı önəmli deyil. Ona görə də Nəzrin Mərdanla ailə quranda tərəddüt etmirdim. Deyirdim, Nəzrinin seçimi düzgündür. Mərdanı da tanıyırdıq. Bütün ailə quranlara sevgi, inam, etibar arzulayıram.
İnsan bir-birini anlayanda rahat olur. Bilirsən ki, bu adam sənətdədir. Mən də ailə quranda xanımları səhnəyə gəlməyə qoymurdular. Çox toya getmirdim. Kişi oylarına icazə vermirdi. Sonra yavaş-yavaş toya qoymağa başladı". /Axşam.az