
-
- 25-03-2025, 11:37
- 2 280
Əhaliyə XƏBƏRDARLIQ: Sabahdan başlayır, güclü olacaq
Mart ayının son günlərində, xüsusilə 26-28 tarixlərində orta güclü maqnit qasırğası gözlənilir.
News24.az xəbər verir ki, bu dövrdə baş ağrıları, təzyiq dəyişiklikləri və digər narahatlıqların yaranması mümkündür.
Bundan əlavə, 27 fevral - 1 mart tarixləri arasında Günəş aktivliyinin artması nəticəsində zəif geomaqnit qasırğası baş vermişdi. Bu cür hadisələrin təkrarlanması ehtimalı olduğundan, martın son günlərində də diqqətli olmaq tövsiyə edilir.
Ümumiyyətlə, 2025-ci ildə Günəş aktivliyinin pik nöqtəsinə çatması proqnozlaşdırılır ki, bu da maqnit qasırğalarının daha güclü və tez-tez olmasına səbəb ola bilər.
Sağlamlığınızı qorumaq üçün tövsiyələr:
Balanslı qidalanma və kifayət qədər yuxu rejimi təmin edin.
Stressdən qaçınmaq üçün rahatlama texnikalarından istifadə edin.
Xroniki xəstəlikləri olan şəxslər həkimlərinin təyin etdiyi dərmanları yanlarında saxlasınlar./Musavat.com