Mahaçqalada binada DƏHŞƏTLİ PARTLAYIŞ - VİDEO
    • 25-03-2025, 12:20
    • 413

Mahaçqalada binada DƏHŞƏTLİ PARTLAYIŞ - VİDEO

Rusiyaya bağlı Dağıstan Respublikasının paytaxtı Mahaçqalada hündürmərtəbəli binada güclü partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Rusia Fövqəladə Hallar nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, güclü partlayışdan sonra binada yanğın başlayıb.

Rəsmi xəbərlərə görə, partlayışa səbəb mənzillərdən birinə qaz sızmasının olmasıdır. Zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Şəhər meriyası bildirib ki, bu hündürmərtəbəli bina istifadəyə verilməsə də bir çox insan artıq binada yaşamağa başlayıb.

Dağıstanın Səhiyyə Nazirliyinin məlumatına görə, iki nəfər xəsarət alıb, bir qadının vəziyyəti ağırdır.