"Farsların, kürdlərin, azərbaycanlıların İranı azadlığa aparmasının vaxtı çatıb"
Gündəm
İsrailin Baş naziri Benyamin Netanyahu İran¬da hərbi əməliyyatın başlanması ilə bağlı xalqa müraciət edib.
News24.az xəbər verir ki, Netanyahu müraciət zamanı ABŞ prezidenti Donald Trampa təşəkkür edib.
“Qardaşlar və bacılar, İsrail vətəndaşları, cəmi bir saat əvvəl İsrail və ABŞ İrandakı terror rejimindən qaynaqlanan ekzistensial təhlükəni aradan qaldırmaq üçün əməliyyata başlayıb.
Böyük dostumuz, prezident Donald Trampa tarixi liderliyinə görə təşəkkür edirəm.
47 ildir ayətullah rejimi “İsrailə ölüm”, “Amerikaya ölüm” deyə qışqırır. O, bizim qanımızı töküb, bir çox amerikalını öldürüb və öz xalqına qarşı qətliam törədib.
Bu ölümcül terror rejiminin bütün bəşəriyyəti təhdid etməsinə imkan verəcək nüvə silahı əldə etməsinə yol vermək olmaz.
Birgə hərəkətlərimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq.
İran xalqının bütün hissələrinin – farsların, kürdlərin, azərbaycanlıların, bəlucların və ahvazlıların tiraniyanın zülmündən qurtulub İranı azadlıq və sülhə aparmasının vaxtı çatıb.
Sizə müraciət edirəm, İsrail vətəndaşları, arxa cəbhə komandanlığının göstərişlərinə əməl edin. Qarşıdakı günlərdə “Şir nərəsi” əməliyyatında hamımızdan dözüm və ruh yüksəkliyi tələb olunacaq.
Birlikdə dayanacağıq, birlikdə mübarizə aparacağıq və birlikdə İsrailin əbədiliyini təmin edəcəyik”, – deyə müraciətdə bildirilib.