Maşın işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı
    • 25-03-2025, 12:32
    • 275

Maşın işıq dirəyinə çırpıldı - Sürücü xəsarət aldı

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Şəmkir sakini 1985-ci il təvəllüdlü A.Miriyev idarəetdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə, minik maşını yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamaı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Modern.az