
-
- 27-03-2025, 04:00
- 530
ABŞ husilərin aviabazasını vurdu
ABŞ qüvvələri Yəmənin paytaxtı Sənadakı husilərin nəzarətində olan Əd-Dailami aviabazasına hücum edib.
Axar.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.
Məlumata görə, Səna beynəlxalq hava limanı yaxınlığında yerləşən Əd-Dailami aviabazasına ən azı iki hava zərbəsi endirilib.
Dağıntı və ya tələfat barədə məlumat verilməyib.