
-
- 25-03-2025, 14:15
- 266
Lukaşenkonun 7-ci andiçmə MƏRASİMİ - VİDEO
Bu gün Belarus Respublikasının yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi keçirilib.
News24.az “BELTA”ya istinadla xəbər verir ki, 1100-dən çox insanın dəvət olunduğu andiçmə mərasimi Müstəqillik Sarayının ən böyük zalında –Təntənəli mərasimlər salonunda baş tutub.
Bununla da Lukaşenko rəsmən 7-ci dəfə Prezident səlahiyyətlərinin icrasına başlayıb.
Prezidentin andiçmə mərasimindən sonra Müstəqillik Sarayının yanında yerləşən Dövlət Bayrağı Meydanında hərbi qulluqçuların Belarus xalqına və Prezidentinə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır./Bizim.Media