
-
- 25-03-2025, 14:25
- 272
Erməni spiker: “Elə bil ki, pulu öz cibimdən götürməliyəm”
“Burada istifadə olunmayan bir otaq var. Mən onu müsahibələr üçün bir növ media mərkəzinə çevirmək istəyirəm”.
News24.az xəbər verir ki, bunu Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan martın 25-də parlamentdə jurnalistlərlə söhbətində deyib:
"Hesab edirəm ki, burada stend olmalıdır ki, buradan gələn səs-küyə mane olmasın. Siz parlament binasından çıxmadan eksklüziv müsahibələr aparasınız deyə, burada stend olmalıdır”.
Spiker “Sizin pulla bağlı probleminiz var?” sualına cavabında belə deyib:
“Kimin pul problemi yoxdur? Pulla bağlı problemi elə soruşursan ki, sanki bu pulu cibimdən götürməliyəm. Biz çox qənaət edirik, avtomobillərin sayını azaltmışıq, parlamentin bütün tarixində indi bizdə ən az maşın var. Səhv etmirəmsə, söhbət 30 maşından gedir”./Cebheinfo.az