
-
- 25-03-2025, 14:35
- 348
Ermənistanda Rusiya sərhədçisi öldü: Biri də ağır vəziyyətdədir
Ermənistanın cənubunda Rusiya sərhədçisi yol qəzasında ölüb, daha biri xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, bu barədə “Shamshyan.com” kriminal xəbər saytı məlumat yayıb.
“Bu gün səhər saatlarında Sünik rayonunda faciəli hadisə baş verib. UAZ markalı avtomobil Meqri-Nrnadzor yolunda dərəyə düşüb: 30 yaşlı Roman Alşixin yerindəcə keçinib, onun dostu, 22 yaşlı İqor Kotov xəstəxanaya aparılıb”, - məlumatda deyilir.
Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər./Publika.az