Ermənistan Aİ ilə bağlı qanun layihəsini təsdiqlədi
    • 26-03-2025, 12:16
    • 291

Ermənistan Aİ ilə bağlı qanun layihəsini təsdiqlədi

Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci və sonuncu oxunuşda qəbul edib.

News24.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Qanun layihəsi bir sıra ictimai və siyasi təşkilatların təşəbbüsü çərçivəsində irəli sürülüb, onlar bu layihə üçün 60 min imza toplayıblar.