Dünyanın ən uzun quyruqlu pişiyi - FOTO
    • 29-03-2025, 22:36
    • 1 030

Dünyanın ən uzun quyruqlu pişiyi - FOTO

ABŞ-də “Puqsli Addams” adlı pişik Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin Minnesota ştatında yaşayan “Maine Coon” cinsli pişik “Puqsli Addams” “dünyanın ən uzun quyruğu olan pişik” adını qazanıb.

Ginnesin Rekordlar Kitabının açıqlamasında “Puqsli Addams”ın sahibinin pişiyinin quyruğunun digər pişiklərlə müqayisədə uzun olduğunu fərq etdikdən sonra müraciət etdiyi bildirilib.

Rəsmi ölçüdən sonra pişiyin quyruq rekordu qeydə alınıb. “Puqsli”nin quyruğu 46,99 santimetr olaraq ölçülüb./Bizim.Media