
-
- 30-03-2025, 11:57
- 349
Tramp yenə "QƏLƏM QIRDI"
Amerika Birləşmiş Ştatlarının hakimiyyət orqanları Qrenlandiyanı əldə etmək məqsədinə çatacaq.
News24.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "NBC News" telekanalına müsahibəsində bildirib.
“Biz Qrenlandiyanı alacağıq. Bəli, 100 faiz”, - o qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun hərbi güc tətbiq etmədən bunu edə biləcəyi ehtimalı yüksəkdir .
“Mən heç nəyi istisna etmirəm”, – Tramp əlavə edib.