
-
- 26-03-2025, 16:25
- 315
42 yaşlı qadın dəm qazından öldü
Tovzuda qadın dəm qazından boğulub.
News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, hadisə rayonun Xatınlı kəndində baş verib.
1983-cü il təvəllüdlü K.Əmrahova dəm qazından boğulma diaqnozu ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.