Ev işləri üçün yeni köməkçi
    • 28-03-2025, 03:05
    • 632

Ev işləri üçün yeni köməkçi

İnsanabənzər robotların inkişafı sürətlənərkən, Norveç mərkəzli bir şirkət hazırladığı robotu evlərdə sınaqdan keçirməyə başlayıb.

News24.az bildirir ki, Neo Gamma adlı və fevral ayında təqdim edilən insanabənzər robot ev işlərinə və gündəlik həyata uyğunlaşmaq üçün nəzərdə tutulub. Prototip olaraq hazırlanan bu robot real ssenariləri sınaqdan keçirmək üçün evlərdə sınaqdan keçiriləcək. 

Əvvəllər ev işləri görərkən nümayiş etdirilən insanabənzər robot, məsələn, vaza silərkən daha ehtiyatlı yanaşaraq, süni intellektin əlavə edilməsi sayəsində artıq ətrafdan xəbərdar olur. Tozsoran edərkən qarşısındakı ev heyvanlarına diqqət yetirir. Başqa sözlə, ətrafına zərər vermədən hərəkət etmək qabiliyyətinə malikdir. 

Zəhraxanım Şeydayeva