Azərbaycanda yanğın oldu - Təxliyə edilənlər var
    • 27-03-2025, 13:35
    • 4 559

Azərbaycanda yanğın oldu - Təxliyə edilənlər var

Xaçmaz şəhərində ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb.

News24.az xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Yataqxana binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Metbuat.az