Bıçaqlanan yeniyetmənin son durumu
    • 27-03-2025, 13:45
    • 308

Bıçaqlanan yeniyetmənin son durumu

Şəkidə bıçaqlanan yeniyetmənin vəziyyəti məlum olub.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 26.03.2025-ci il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə 2009-cu il təvəllüdlü 1 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

"Şəxsə zəruri tibbi xidmətlər göstərilib və əməliyyata götürülüb. Hal-hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Şəki şəhərində 16 yaşlı yeniyetmə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla həmyaşıdına daxilə nüfuz edən xəsarət yetirib.